Rusiyada koronavirusdan ölüm sayı rekord həddə çatıb

  • By admin
  • 27 İyun 2021 14:34

Son həftə ərzində Rusiyada koronavirus nəticəsində ölüm hallarının sayı rekord həddə çatıb.

Gununsesi.info xəbər verir ki, 21-27 iyun aralığında ölkədə 3921 nəfər ölümcül virusun qurbanı olub.

Bu isə ötən həftə qeydə alınan analoji göstəricidən min nəfər artıq olmaqla, pandemiyanın başlanğıcından bəri ən yüksək rəqəmdir.

Həmçinin, son 7 gün ərzində Rusiyada 134 465 yeni yoluxma halı qeydə alınıb.

Gununsesi.info