ABŞ-ın 50 ştatında Delta plus aşkarlandı…

İlk dəfə Hindistanda rast gəlinən koronavirusun Delta plus variantı artıq ABŞ-ın 50 əyalətində aşkarlanıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Delta plus daha çox gənclər arasında yayılıb. Son 1 həftə ərzində virusa yoluxanların sayında artım müşahidə olunur.

Mütəxəssislər virusun bu variantının daha təhlükəli olduğunu və tez bir zamanda yayıldığını açıqlayıblar.

Qeyd edək ki, ölkədə peyvənlənmə tam başa çatmayıb.