
İnquşetiyanın “Mekx-Kxel” ictimai təşkilatının sədi Sirajdin Sultıqov Çeçensitan rəhbəri Ramzan Kadırovun bu yaxınlarda inquşlara yönəlik təhdidlərinə və utumatumuna cavab verib.
Gununsesi.info xarici agentliklərə istinadən xəbər verir ki, o, bununla bağlı Youtube kanalında müarciət ünvanlayıb.
Xatırladaq ki, çeçen lider inquşlar arasında ona qarşı tənqidlərin və təhqirlərin dayanmayacağı təqdirdə onların qalan torpaqlarını da əllərindən alacağı və şəxsən haqq-hesab çürüdəcəyi ilə hədələmişdi.
Sirajdin Sultıqov bununla bağlı Ramzan Kadırova 3 iddia irəli sürüb. İlk iddia ərazi məsələsi, ikincisi çeçen məmurların inquş xalqına söylədikləri, üçüncüsü isə Qroznıda yaşayan inquşlarla bağlıdır.
S.Sultıqov R.Kadırova bölgələr arasında sərhədlərin qəti şəkildə müəyyən edilməsi üçün ikitərəfli komissiya yaratmağı təklif edib. “Biz müsəlmanıq, Ramzan, hər hansı br şey xalqlarımızın bir damla qanın axmasına gətirib çıxarmamalıdır”,-deyə o, bildirib.
Onun sözlərinə görə, Qroznıda yaşayan inquşlar xüsusilə qeydiyyatla bağlı süni əngəllərlə üzləşiblər. “Müxtəlif bəhanələrlə inquşları qeydiyyatdan çıxarır, zorla növbədən kənarlaşdırırlar. Buna yol verməyin, inquşları zorla evdən qovmayın, buna görə sizə “sağ ol” da deyərik”,-deyə Sultıkov söyləyib.
Gununsesi.info