
Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 189 nəfər həyatını itirib.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 356 642 nəfərdən test götürülüb, onların 23 637-nin testi pozitiv nəticə verib. Aktiv xəstələrdən 20 550 nəfəri sağalıb.
Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 89,95%-nə bir doza, 79,95%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub.
Gununsesi.info