
Bu gün Bakıda və ölkənin digər bölgələrində istilik mövsümü başlayır.
Gununsesi.info xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, hər il noyabrın 15-dən Bakıda və digər ərazilərdə (dağlıq və dağətəyi rayonlar istisna olmaqla) istilik verilir.
Xatırladaq ki, dağlıq və dağətəyi rayonlarda isə istilik mövsümü noyabrın 1-də başlayıb.
Gununsesi.info