Türkiyə Daxili İşlər Nazirliyinin müvafiq sərəncamına əsasən, ölkənin 81 vilayətində COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən bir sıra məhdudiyyətlər aradan qaldırılıb.
Gununsesi.org “HaberGlobal”-a istinadla məlumat verir ki, nazirliyin sərəncamına əsasən, ölkədə fəaliyyət göstərən kafe, restoran, çayxana və adamların toplaşdığı ictimai-iaşə müəssisələrinin iş saatına koronavirusa görə tətbiq edilən məhdudiyyətlər ləğv edilib.
Qərar iyul ayının 21-dən qüvvəyə minib.
Sərəncamda pandemiya ilə əlaqədar qəbul olunan ümumi təhlükəsizlik qaydalarına riayət etmək tövsiyə olunur.
Gununsesi.org
COMMENTS