“Neftçi” “Qarabağ”la Qəbələdə qarşılaşacaq

“Neftçi” “Qarabağ”la Qəbələdə qarşılaşacaq

Qəbələdə təlim məşq toplanışında olan “Neftçi” futbol komandasının yoxlama oyunlarındakı rəqibləri bəlli olub. 

Gununsesi.org xəbər verir ki, bu barədə “Report”a paytaxt təmsilçisinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.

O bildirib ki, komanda iyulun 26-da “Sumqayıt”, iyulun 30-da isə “Qarabağ”la qarşılaşacaq.

Qeyd edək ki, “Neftçi” yarımçıq dayandırılan 2019/2020 mövsümünü 37 xalla ikinci pillədə bitirib və Avropa Liqasına vəsiqə qazanıb.

 

 

Gununsesi.org

COMMENTS