Ermənistan saxta şirkətlər yaradaraq, silah əldə edir –AÇIQLAMA

Ermənistan saxta şirkətlər yaradaraq, silah əldə edir –

Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Serbiyanın Ermənistana silah satması məsələsinə münasibət bildirib.

Gununsesiaz.info-nun xəbərinə görə, H.Hacıyev Tovuz hadisələrində həsr olunan mətbuat konfransında deyib ki, Ermənistana silah satışı ilə bağlı Serbiya tərəfi məsələni araşdırır. 

O bildirib ki, Serbiya Azərbaycanın müraciətinə cavab verəcək.

Prezidentin köməkçisinin sözlərinə görə, Ermənistan aldıqları silahlardan mülki obyektləri hədəf almaq üçün istifadə edir:

“Ermənistanın rəhbərliyi tərəfindən saxta şirkətlər yaradılır. Daha sonra ucuz qiymətə alınan silahlar üçüncü tərəflərə satılır. Bu silahların terrorçuların əlinə keçməsi faktları da var”. 

Gununsesiaz.info

COMMENTS