Türkiyədə azərbaycanlı kişi arvadını öldürdü - VİDEO

Türkiyədə azərbaycanlı kişi boşanmaq üzrə olduğu arvadını güllələyib.

Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə ötən gün Trabzonun Ortahisar rayonunda qeydə alınıb.

34 yaşlı Elvin Umayev həyat yoldaşı, 38 yaşlı Turanə Umayeva ilə boşanmaq üzrə olub. Qadının uzun müddətdir uşaqları atasına göstərməyib. Onlar arasında mübahisə də bu səbəbdən yaranıb.

Arvadının qərarı ilə razılaşmayan Elvin Umayev özü ilə gətirdiyi tapança ilə arvadını başından güllələyib. Qadın hadisə yerində ölüb.

Həmin an təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

E.Umayev könüllü olaraq polisə təslim olub. Onun 10 il əvvəl Azərbaycanda həbsxanaya düşdüyü, 4 ay öncə isə azadlığa çıxdığı bildirilir.

Gununsesi.info