Bakıda metronun yaxınlığında qarşısında DƏHŞƏTLİ QƏTL: oğul anasını... - FOTOLAR

Bakıda qətl hadisəsi baş verib.

Gununsesi.info Musavat.com-a istinadla xəbər verir ki, “Neftçilər” metrostansiyasının yaxınlığında (Nizami rayonu) 33-34 yaşlarında olan bir qadın qətlə yetirilib.

Hadisəni qadının 2007-ci il təvəllüdlü oğlu törədib. Qadının hansı səbəbdən qətlə yetirildiyi hələ ki, məlum deyil. Hadisə şahidlərinin sözlərinə görə uşaq öncə qadına bir bıçaq zərbəsi (mətbəx bıçağı ilə) vurub. Anası qışqıraraq qaçdıqda ikinci bıçaq zərbəsini də vurub, məktəbli çantasını və hadisəni törətdiyi bıçağı kənara ataraq qaçıb.

Hadisədən qısa müddət sonra qadın hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Hazırda faktla bağlı araşdırma aparılır.

25252.jpg (336 KB)

SDSSD.jpg (487 KB)

SDSDSDDS.jpg (456 KB)

565656.jpg (386 KB)

Gununsesi.info