Gürcüstanda parlament seçkiləri təxirə salına bilər

Gürcüstanda parlament seçkiləri təxirə salına bilər

Gürcüstanda bu ilin oktyabrında keçirilməsi nəzərdə tutulan parlament seçkiləri təxirə salına bilər.

Gununsesi.org AZƏRTAC-a istinadən bildirir ki, bu bəyanatla Gürcüstan parlamentinin Sabiq sədri, deputat İrakli Kobaxidze çıxış edib.

Onun sözlərinə görə, əgər parlament seçkilərinə qədər ölkədə koronavirusun ikinci dalğası baş versə, eyni zamanda, ölkədə fövqəladə vəziyyət elan edilsə, konstitusiyaya əsasən parlament seçkiləri oktyabr ayında keçirilməyəcək.

Kobaxidze deyib ki, əgər oktyabrda və ya oktyabradək föv qəladə vəziyyət elan olunsa, onda konstitusiyaya görə, 45 gün tez və ya ən geci 60 gün ərzində seçkilər keçirilə bilər.

Qeyd edək ki, Gürcüstan konstitusiyasına əsasən parlament seçkiləri oktyabr ayında keçirilməlidir.

 

Gununsesi.org

COMMENTS