
Türkiyədə mərkəzi İstanbul olmaqla, Ankara, Kocaeli, Hatay, Mersin, İzmir, Van və Diyarbəkirdə 57 ünvanda eyni vaxtda həyata keçirilən əməliyyatda İsrail Xarici Kəşfiyyat Xidməti – Mossad adına casusluq etdikləri səbəbi ilə nəzarətə alınan 34 şübhəlidən 15-i saxlanılıb.
Gunnusesi.info xəbər verir ki, şübhəlilər Türkiyənin 8 vilayətində keçirilən əməliyyat zamanı saxlanılıb və 4 günlük sorğu-sualdan və tibbi müayinədən sonra İstanbul məhkəməsinə təhvil verilib.
Məhkəmə şübhəlilərdən 15-nin həbsinə, 11 nəfərə isə məhkəmə nəzarəti tədbirlərinin tətbiqinə qərar verib.
Daha 8 şübhəli isə Türkiyədən deportasiya olunmaq üçün Miqrasiya Xidmətinə təhvil verilib.
Gunnusesi.info