
Türkiyə Superliqasında derbi qarşılaşmalarının tarixi açıqlanıb.
Gununsesi.info “Haber Global”a istinadla xəbər verir ki, “Fənərbağça”-“Beşiktaş” və “Qalatasaray”-“Trabzonspor” matçlarının dəqiq vaxtı bəlli olub.
Müvafiq məlumatlar Spor Toto Superliqasının 17-23-cü həftələrinin matç proqramında öz əksini tapıb.
Təqvimə görə, “Fənərbağça” ilə “Beşiktaş” arasında oynanacaq derbi qarşılaşması 19 dekabr saat 19.00-da baş tutacaq.
“Qalatasaray” – “Trabzonspor” matçı isə 23 Yanvar 2022-ci il saat 19.00-da start götürəcək.Mənbə: “
Gununsesi.info