İlin ən yaxşı futbol hakimi açıqlandı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2021-ci ilin ən yaxşı hakimini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu ada almaniyalı Feliks Brix layiq görülüb.

46 yaşlı FİFA referisi 110 xalla həmkarlarını geridə qoyub.

Niderlandlı Byorn Kuypers 95 xalla ikinci, italiyalı Daniele Orsato 40 xalla üçüncü olub.

Gununsesi.info