Aralıq dənizinin Türkiyə sahillərində 3,5 bal gücündə zəlzələ baş verib.
Gununsesi.org-un “Milliyet”ə istinadən məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 13:57 radələrndə Antalya əyalətinin Kumluca rayonu sahillərində qeydə alınıb.
Zəlzələnin episentri rayondan 32,97 kilometr aralıqda, ocağı isə 16,23 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat haqda məlumata daxil olmayıb.
Gununsesi.org
COMMENTS