Yeni nəsil avtomobillər erası başlayır – 187 min insan elektriklə çalışan “Pikap” sifariş edib – VİDEO

Yeni nəsil avtomobillər erası başlayır – 187 min insan elektriklə çalışan “Pikap” sifariş edib – VİDEO

Tesla şirkətinin “Cybertruck” adlı elektriklə çalışan pikap avtomobilinə 187 min sifariş edilib.

Gununsesi.org xəbər verir ki, bunu ictimaiyyətə şirkətin sahibi İlon Mask açıqlayıb.

İlon Maskın görə, avtomobilin ən sadə konfiqurasiyada olan modelinin qiyməti 40 min dollardan başlayır. Enişli-çıxışlı bir açılım modelinə sahib olan maşının gülləkeçirməz versiyası da alıcıların istəyinə təqdim edilib. Cybertruck” son 100 ilin ən seçki avtomobilləri sırasına daxil edilib. Maşının tək, cüt və daha çox motorlu versiyaları hazırlanıb.

Qeyd edək ki, “Cybertruck” avtomobillərinin üstün modeli 800 km məsafə qət edir. Gülləkeçirməz oturacaqlarla təchiz olunan avtomobil 2,9 saniyəyə 96 km/saatdan çox sürət yığa bilir.

“Cybertruck” sürmək istəyənlər daha bir il gözləməli olacaqlar. İsatehsalı gələn ilin sonlarında daha ucuz modelləri ilə başlayacaq.

 

 

 

 

 

 

 

 

Arzu Sayadoğlu

Gununsesi.org

COMMENTS