Noyabrın 24-də İstanbulda son zamanlar ölkədə artan qadın cinayətlərinə etiraz olaraq yürüş keçirilib.
Gununsesi.org xəbər verir ki, yürüş iştirakçıları şəhərin Kadıköy rayonundan Beşiktaş bölgəsinə doğru hərəkət ediblər.
Təxminən 200 nəfərin qatıldığı aksiya zamanı öldürülən qadınların şəkilləri nümayiş etdirilib, etiraz şüarları səsləndirilib.
Qeyd edək ki, bu ilin əvvəlindən etibarən Türkiyədə 200-dən çox qadın qətlə yetirilib.
Gununsesi.org
COMMENTS