“İrəvanla Bakı arasında birbaşa dialoqu dəstəkləməyə davam edəcəyik”

“ABŞ Ermənistanla Azərbaycan arasında birbaşa dialoqu dəstəkləməyə davam edəcək”.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət departamentinin rəsmi nümayəndəsi brifinqdə çıxışı zamanı deyib.

HTML tutorial

Onun sözlərinə görə, ABŞ Cənubi Qafqaz üçün dinc, təhlükəsiz və firavan gələcəyə nail olmaqla bağlı işlərə əvvəlkitək sadiqdir.

Ned Prays, həmçinin ABŞ Dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistandan olan həmkarları ilə görüşlərini xatırladıb.

Gununsesi.info