Türkiyə Böyük Millət Məclisində Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozmasını qınayıb.
Gununsesi.org “HaberGlobal”-a istinadla xəbər verir ki, o, verdiyi açıqlamada beynəlxalq ictimaiyyəti Ermənistanı qınamağa çağırıb.
Ş.Ayrım Ermənistanın bundan əvvəl də oxşar hadisələr törətdiyini diqqətə çatdırıb.
Türkiyəli deputat Xocalı soyqırımında ermənilərin 600-dən çox azərbaycanlını vəhşiliklə qətlə yetirdiyini qeyd edib.
Gununsesi.org
COMMENTS