Yaltanın meri süpürgəçi forması geyinib, şəhərin küçələrini yudu- FOTOLAR

Yaltanın meri süpürgəçi forması geyinib, şəhərin küçələrini yudu

Yalta şəhərinin meri İvan İmqrunt süpürgəçi forması geyinərək, şəhərin təmizliyində iştirak edib.

Gununsesi.org-un Lenta.ru-ya istinadla məlumatına görə, bu barədə şəhər rəhbəri özünün “VKontakte” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

Qeyri-adi iməcilikdə şəhər merinin iş yoldaşları da iştirak edib. Onlar şəhərin əsas küçəsini bioşampunla yuyublar.

İ.İmqrunt onu da vurğulayıb ki, süpürgəçilərin forması rahat, komfortlu, yüngüldür və işləməyə mane olmur.

O, həmçinin, təmizliyin ideal olması üçün küçələri əllə yumağı tövsiyə edib. Bunun üçün süpürgəçi ştatını artırmağı düşündüyünü deyib.

Gununsesi.org

COMMENTS