Türkiyə Ordusundan terrorçulara ağır zərbə

  • By ilhame
  • 04 Oktyabr 2021 20:15

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK/KCK terror təşkilatına daha bir güclü zərbə endirib.

Gununsesi. info xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İraqın şimalında davam edən “Pəncə-İldırım” antiterror əməliyyatlarının aparıldığı Avaşin-Basyan bölgəsində PKK/KCK terror təşkilatı üzvlərinin “alınmaz” hesab etdikləri “şərq qərargahı” ələ keçirilib.

Uğurlu əməliyyat nəticəsində mağaraya daxil olan və terrorçulara ağır zərbə vuran Türkiyə ordusunun bölmələri PKK/KCK terror təşkilatının 12 üzvünü zərərsizləşdirib.

Gununsesi. info