Əsgərovdan Gürcüstandakı seçkilərə reaksiya

  • By admin
  • 02 Oktyabr 2021 18:49

Gürcüstanın Mərkəzi Seçki Komissiyası yerli özünüidarəetmə orqanlarına seçkilərin tam açıq, şəffaf və demokratik tələblərə uyğun keçirilməsi üçün zəruri olan bütün tədbirləri görüb.

Gununsesi.info  Report-a istinadən xəbər verir ki, qonşu ölkədə seçkiləri müşahidə edən Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Bəxşeyiş Əsgərov deyib.

O, Tiflis və Mtsxeta şəhərlərində 10-a yaxın seçki məntəqəsinə baş çəkdiyini bildirib:

“Həmin məntəqələrdə səsvermə normal qaydada keçirdi, hər hansı bir qanun pozuntusu müşahidə olunmadı. İstirahət günü olduğundan səhər saatlarında seçici fəallığı aşağı idi. Lakin günorta və günortadan sonra fəallıq nisbətən yüksəlmişdi. Hesab edirik ki, səsvermə qanunun tələblərinə uyğun keçiriləcək və Gürcüstanda yerli idarəçilik sistemi möhkəmlənəcək

Gununsesi.info