Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında apardığı “Sülh Çeşməsi Əməliyyatı” əməliyyatı zamanı 1 türk hərbçisi həlak olub.
Gununsesi.org bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat verib.
PKK/YPG terrorçuları oktyabrın 17-də imzalanmış Türkiyə-ABŞ razılaşmasını pozaraq, Suriyanın təhlükəsizlik zonasında kəşfiyyat-müşahidə missiyası aparan Türkiyə hərbçilərinə atəş açıblar. Atəş nəticəsində 1 türk əsgəri şəhid olub, daha 1 hərbçi yaralanıb.
Gununsesi.org
COMMENTS