Türkiyə ordusu Suriyada 18 terrorçunu zərərsizləşdirib

  • By admin
  • 21 Yanvar 2022 19:40

Türkiyə Silahlı Qüvvələri ötən gün Suriyanın Afrin şəhərində törədilmiş terror aktından sonra keçirdiyi antiterror əməliyyatı nəticəsində 18 PKK terrorçusunu zərərsizləşdirib.

Gununsesi.info-nun məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Qeyd edək ki, Afrində baş vermiş hücum zamanı 5 dinc sakin həlak olub, 34 nəfər isə yaralanıb.

H.Akar Türkiyə ordusunun Suriya və İraqın şimalında antiterror əməliyyatlarını davam etdirdiyini bildirib.

“2015-ci ilin iyulundan Silahlı Qüvvələrin terrora qarşı apardığı mübarizə nəticəsində 33 149 terrorçu zərərsizləşdirilib. Ötən il isə 2 939 terrorçu məhv edilib”, – deyə o bildirib.

 

Gununsesi.info