Gürcüstanda “omikron” ştammına yoluxanların sayı artıb

  • By admin
  • 04 Yanvar 2022 20:04

Gürcüstanda koronavirusun “omikron” ştammına yoluxanların sayı 148 nəfərə çatıb.

Gununsesi.info-nun məlumatına görə, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə üzrə Milli Mərkəzindən bildiriblər.

Qeyd edək ki, Gürcüstanda “omikron” ştammına ilk iki yoluxma halı dekabrın 20-də təsdiq edilib. Yoluxan şəxslərdən biri ABŞ-dan, digəri isə Dubaydan ölkəyə giriş edib. Daha sonra “omikron” ştammı həmin şəxslərin ünsiyyətdə olduğu digər insanlarda da qeydə alınıb.

 

 

Gununsesi.info