
İsveçrənin Cenevrə şəhərində Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken arasında təkbətək görüş başlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Nümayəndələr görüş zamanı Rusiya ilə ABŞ və NATO münasibətləri, Ukraynada vəziyyət, Moskvanın NATO-nun təhlükəsizlik təminatı ilə bağlı verdiyi təkliflər və s. müzakirə edəcəklər.
Gununsesi.info