İraqda nümayişçilərin polis və hərbçilərlə şiddətli toqquşmaları ölkənin əsas dəniz limanına – Um Qasra çatıb.
Gununsesi.org xəbər verir ki, etirazçılar əvvəlcə limana aparan bütün yolları bağlayıb, sonra nəzarətə götürüblər.
Baş nazirin mitinqi dayandırmaq çağırışlarına və istefa vədinə baxmayaraq, iğtişaşlar sakitləşmək bilmir.
Xatırladaq ki, 1 oktyabrdan İraqda kütləvi xalq etirazları keçirilir. Etirazlar zamanı yüzlərlə insan öldürülüb.
Nümayişçilər həyat şəraitinin yaxşılaşdırılmasını, işsizliyə və korrupsiyaya son qoyulmasını, hökumətin istefasını tələb edirlər.
Gununsesi.org
COMMENTS