
“Ölkədə müharibə olub, şəhid ailələri qan ağlayır, qazilərimiz, şəhidlərimiz var. İndi mənim də gündəmimdə məşhurlar və yaradıcılıq deyil. Sosial şəbəkələri izləyirəm, görürəm ki, nələr yazırlar. Bəzən özləri əyləncə paylaşır, amma müğənnini tənqid edirlər. Yerinə düşməyən şərhlər də olur. Ümumilikdə, millət haqlıdır. Gündəm sənətçilər deyil. Efirdə görsənənlər məni doğramasınılar. Kaş məndə də o güc olardı. Hər kəsin öz düşüncəsi var.
Söhbət məndən gedirsə, televiziyada çalışanlarla aramda problem yaranır. Yaradıcılığımı dondurmuşam. Hansı işlərlə məşğul olmuşam, bir gün canlı açaram danışaram. Niyə qələbə mövzusunda mahnı yazmıram? Cavab vermişəm. Çalışmaq hələ istəmirəm. Millətin həssas dönəmində görünmək istəmirəm. Bu sağalmaz yaradır. Amma az da olsa yumşalsın, yaranın üstü bağlansın, mən də fəaliyyətə başlayaram”.
Gununsesi.info