
Braziliyada tropik qasırğa yaşanır.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət zamanı 48 adam ölüb.
Mülki Müdafiə Qurumunun açıqlamasında ölənlərin sayı təsdiq edilir, 46 nəfərin itkin düşməsi bildirilir.
Təbii fəlakətin təsiri ilə yollar, körpülər və infrastruktura ciddi ziyan dəyib, 924 adam yaralanıb.
Fəlakət bölgədə yaşayan 340 mindən çox adamın gündəlik həyatına təsir edib.
Qasırğa Braziliyanın Rio Qrande do Sul bölgəsinə daha güclü təsir edib, ciddi dağıntılara səbəb olub.
Braziliya Prezidenti Luis Lula da Silva fəlakət səbəbi ilə həyatını itirənlərin ailələrinə başsağlığı verib.
“Xalqa yardım etmək üçün hər cür dəstəyi verəcəyik”, – deyə Prezident söyləyib.
Tərcümə: Arzu