Türkiyənin “Fənərbağça” klubunun daha bir əməkdaşı koronavirusa yoluxub.
Gununsesi.org İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, mayın 11-də komanda üzvlərindən və işçilərdən götürülən analizlər nəticəsində təlim-məşq bazasında çalışanlardan birində virusun simptomları aşkarlanıb.
Adı açıqlanmayan klub əməkdaşı öz evində karantinə alınıb və dərhal müalicəsinə başlanılıb.
Qeyd edək ki, bu, “Fənərbağça”da koronavirusa 2-ci yoluxma faktıdır. Daha əvəl klubun bazasında işləyən başqa bir əməkdaşın testinin nəicəsi müsbət çıxmışdı.
Gununsesi.org
COMMENTS