ABŞ-da son sutka ərzində koronavirusdan daha 760 nəfər ölüb.
Gununsesi.org worldometer.info-ya istinadən xəbər verir ki, bununla da ölkədə Covid-19 qurbanlarının sayı 82 min 555 olub. 19 min 30 nəfərdə isə virus aşkarlanıb. Hazırda ABŞ-da koronavirus xəstələrinin sayı 1 milyon 395 min 26 nəfərdir. 274 min 901 nəfər isə sağalıb.
ABŞ-da koronavirusdan ən çox əziyyət çəkən isə Nyu-York əyalətidir. Əyalətdə indiyədək 347 min 151 nəfər epidemiyaya yoluxub. 27 mindən çox insan isə dünyasını dəyişib. Nyu-Yorkdan sonra 141 min 137 yoluxma fakı ilə Nyu-Cersi, 79 min 7 yoluxma faktı ilə İllinoys ştatları gəlir.
Gununsesi.org
COMMENTS