Tunis höküməti ölkədə koronavirus pandemiyası ilə bağlı karantini daha iki həftəlik uzadıb.
Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bir müddət əvvəl ölkədə martın 22-dən aprelin beşinədək karantin elan edilmişdi.
Qeyd etmək lazımdır ki, Tunisdə karantin qaydalarına əməl edilməsinə ordu, o cümlədən hərbi helikopterlər nəzarət edir.
Hal-hazırda ölkədə 362 nəfər koronavirusa yoluxub, 10 nəfər xəstəliyin qurbanı olub.
Gununsesi.org
COMMENTS