ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenskini Ağ Evdə məmnuniyyətlə qəbul edərdi.
Gununsesi.org xəbər verir ki, bu barədə Tramp Nyu-Yorka uçmamışdan qabaq Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib.
“Mən onun Ağ Evə gəlməyini istəyərdim”, – deyə Amerika lideri bildirib və əlavə edib ki, Zelenskinin yaxın zamanlarda gələcəyinə əmindir.
Ukrayna və ABŞ prezidentlərinin əvvəlki görüşü sentyabrın 25-də olub.
Gununsesi.org
COMMENTS