Azərbaycanlı “qanuni oğru” Nadir Səlifova(Lotu Quli) qarşı Rusiyada daha bir cinayət işi açılıb.
Gununsesi.org xəbər verir ki, bu barədə Rusiya telekanallarından birində məlumat verilib. Xəbərdə “Quli Azərbaycanın ən məşhur mafiozu” kimi təqdim edilib və onun Rusiyanın kriminal aləminə ciddi təsiri olduğu bildirilib. Cinayət işimə gəlincə, Quli kriminal qruplaşmalar yaratmaqda suçlanır. Ona qarşı ittiham isə Rusiyaa qüvvəyə minənən “anti-oğru” adlanan qanunla bağlıdır.
Rusiyanın Cinayət Məcəlləsinə “Cinayətkar iyerarxiyasında yüksək mövqe tutma” yeni maddəsi əlavə edilib. Həmin maddə 8 ildən 15 ilədək azadlıqdan məhrumetməni və 5 milyon rubladək cəriməni nəzərdə tutur.

Cinayətkar qrupların yaradılmasına və ya onlara başçılıq edilməsinə, eləcə də cinayətkar qrupların yığıncaqlarında iştiraka görə 20 il həbs cəzası gözlənilir.
Belə görünür ki, Qulinin konkret cinayətdə iştirakını təsdiq etmək mümkün olmadığl üçün indi “oğru” statusuna görə həbsi planlaşdırılır.
Bəzi iddialara görə, Quli bir müddətdir ki, Qətərdə yaşayır.
COMMENTS