Bolqarıstan rus diplomata viza verməkdən imtina edib

Bolqarıstan rus diplomata viza verməkdən imtina edib

Bolqarıstan hökuməti Rusiyanın Sofiyada yerləşən səfirliyindəki hərbi attaşeyə viza verməkdən imtina edib.

Gununsesi.org-un yerli “Focus” agentliyinə istinadən yaydığı xəbərə görə, bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, sözügedən rusiyalı diplomat hələ də Moskvadadır.

Vizanın verilməməsinə səbəb kimi bazar ertəsi Bolqarıstan hakimiyyətinin əldə etdiyi bir kəşfiyyat fəaliyyətində rus diplomatın şübhəli bilinməsi, bu işdə adının hallanması göstərilir.

 

Gununsesi.org

COMMENTS