“Rusiya lideri Vladimir Putin nüvə enerjisi ilə işləyən raketləri sınaqdan keçirməkdənsə, müharibəni dayandırmalıdır”.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
Tramp bu açıqlamanı Putinin “Burevestnik” nüvə mühərrikli qanadlı raketin “uğurlu sınağını” elan etməsindən sonra verib.
“Onlar bilirlər ki, bizim onların sahillərində dünyanın ən güclü nüvə sualtı qayığımız var. Demək istədiyim odur ki, 8000 mil uçmaq lazım deyil”, – Tramp deyib.
Ölkə başçısının fikrincə, Moskva silahlarını nümayiş etdirmək əvəzinə Ukrayna ilə müharibəni bitirməyə diqqət etməlidir:
” Putin müharibəni dayandırmalıdır. Bir həftəyə bitməli olan müharibə artıq dördüncü ildir ki, davam edir. Onun etməli olduğu şey raketləri sınaqdan keçirmək deyil”.













