“Bağdadinin yerinə keçmək istəyən terrorçu da öldürüldü”- TRAMP

“Bağdadinin yerinə keçmək istəyən terrorçu da öldürüldü”

Suriyada daha bir İŞİD lideri öldürülüb.

Gununsesi.org xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, Əbubəkr əl-Bağdadinin yerinə keçmək istəyən bir nömrəli terrorçu ABŞ silahlıları tərəfindən zərərsizləşdirilib.

Terrorçunun kimliyini açıqlamayan Tramp yazıb: “Bağdadinin yerinə keçmək istəyən bir nömrəli terrorçu zərərsizləşdirildi. Güman ki, İŞİD-in yeni lideri olacaqdı. Artıq o da öldü”.

Gununsesi.org

COMMENTS