ABŞ Prezidenti Donald Tramp deyib ki, İranda situasiyanı artıq yeni liderlərin ələ almaq vaxtı çatıb.
Gununsesi.info bildirir ki, “Politico”ya yanvarın 17-də müsahibə verən Tramp bu sözlərini İrandakı etirazlar fonunda söyləyib. O, İranın ali dini lideri Əli Xameneini birbaşa tənqid edib.
“O (Xamenei) ölkənin tam dağılması və əvvəllər görünməyən miqyasda güc tətbiqində ölkə lideri kimi günahkardır… Liderlik qorxu və ölüm yox, hörmətdir”.
Xamenei hələlik Trampın açıqlamasına cavab verməyib. Lakin bundan öncə o, ABŞ-ni İranda baş verən etirazların arxasındakı güc kimi təsvir etmişdi.
“Biz ABŞ prezidentini İran xalqına vurduğu zərərlər və qurbanlara görə günahkar bilirik”.
İranda etirazlar keçən ilin son günlərindən başlayıb. Tehran ölkədəki etirazları zor tətbiqi ilə yatırmaq istəyir. Beynəlxalq hüquq müdafiə təşkilatları ölkədki etirazlarda azı 3 min nəfərin ölməsi qənaətindədirlər, amma bu rəqəmin 10 mini keçəcəyini təxmin edənlər də var. Etirazlarda xeyli sayda insanın ölməsini İran hökuməti də təsdiqləyib.
Etirazlar fonunda ölkədə yanvarın 8-dən internet yoxdur. Telefon əlaqəsi də həmin dönəmdə məhdudlaşdırılıb.












