Mən bilirəm ki, İranda iqtisadi vəziyyət yaxşı deyil. Xalqın yaşayış şəraiti həqiqətən çətindir.
Gununsesi.info xəbər verir ki, bunu İranın dini ali lideri Əli Xamenei X hesabında yazıb.
“Dövlət məmurları və vəzifəli şəxslər zəruri ərzaq məhsulları və insanların ümumi ehtiyacları sahəsində həmişəkindən ikiqat artıq və daha ciddi çalışmalıdırlar”, – deyə Xamenei bildirib.













