Ucarda maşın kanala aşdı - 1 nəfər ölüb

  • By Admin2
  • 17 Yanvar 2026 11:22

Ucarda yol qəzası olub.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Qazıqumlaq kənd yolunda baş verib.

Belə ki, “Mercedes” markalı minik maşını su kanalına düşüb. Nəticədə, Məmmədov Coşqun Şəfi oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. (APA)

Gununsesi.info