ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında aparılan danışıqların gedişatı ilə bağlı mühüm açıqlamalar verib.
Üçtərəfli danışıqların növbəti mərhələ olub-olmayacağı ilə bağlı sualı cavablandıran Tramp prosesin hazırda davam etdiyini bildirib.
O, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında ciddi gərginliyin mövcud olduğunu qeyd edib.
“Rusiya və Ukrayna üzrə danışıqlar hazırda gedir. Deməliyəm ki, bu iki lider arasında – prezident Putin və prezident Zelenski arasında böyük bir nifrət var. Bu, ağlasığmaz dərəcədə böyük nifrətdir. Ümid edirəm ki, biz bunu yoluna qoya biləcəyik. Danışıqlar aparırıq və onlar yaxşı gedir. Biz artıq bir çox müharibəni dayandırmışıq, hələ həll etmədiyim yeganə münaqişə Rusiya və Ukrayna arasındakıdır”, – deyə Tramp bildirib.
Prezident Milad bayramının danışıqlar üçün son müddət olub-olmaması və tərəflərlə şəxsi təmasları barədə də danışıb. O vurğulayıb ki, müharibənin dayandırılması üçün bütün imkanlardan istifadə etməyə hazırdır.
“Mən bu müharibənin dayandırılması üçün nə lazımdırsa edəcəyəm. İstərdim ki, bu artıq bitsin. Baxın, biz artıq bu müharibəyə pul itirmirik. Bilirsiniz, Bayden bu işə 350 milyard dollar xərclədi, kim bilir o pullara nə oldu?”, – deyə Tramp əlavə edib.
Günay













