Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.
“Putin Ermənistanın baş naziri Paşinyanla ikitərəfli görüş keçirməyi planlaşdırır”, – deyə o qeyd edib.
Kreml nümayəndəsi görüş barədə təfərrüatları açıqlamayıb.













