“Togg” nazirlərə təhvil verildi

Türkiyə istehsalı olan “Togg” avtomobili bu gündən nazirliklərə təhvil verilib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sənaye və Texnologiya naziri Mustafa Varank isə avtomobili rəsmi vasitə olaraq istifadə edən ilk nazir olub.

HTML tutorial

Ona “Togg”un ‘T10X” markalı avtomobili təqdim olunub.

Xatırladaq ki, dörd gün öncə Bakıda Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub. İ. Əliyev buna görə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Gununsesi.info