Mikayıl Cabbarov İsraillə əlaqələrimizin gücləndirilməsi barədə paylaşım edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümü ilə bağlı paylaşım edib.

Gununsesi.info-nun məlumatına görə, nazir bu barədə “Twitter” hesabında məlumat verib.

HTML tutorial

“Zəngin inkişaf yolu keçmiş Azərbaycan-İsrail əlaqələrinin gücləndirilməsi üzrə birgə təşəbbüslər müştərək müvəffəqiyyətlərimiz üçün əlverişli zəmin yaradır”, – deyə paylaşımda qeyd edilib.

Gununsesi.info