
Bakıda səhər saatlarında yük maşınlarının sürücüləri tərəfindən bağlanan Heydər Əliyev prospektində hərəkət təmin edilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Modern.az-a bildirib ki, qurum tərəfindən aparılan müvafiq tədbirlər nəticəsində yollar açılıb, nəqliyyat avsitələrinin hərəkəti təmin olunub.
A. Əsgərli onu da deyib ki, Heydər Əliyev prospekti açılsa da, yollarda sıxlıq davam edir: “Ona görə də vətəndaşlardan səbrli olmaları xahiş olunur”.
Gununsesi.info