TƏBİB-də struktur dəyişikliyi - Aparat rəhbəri vəzifəsi ləğv edildi

“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) Aparat rəhbəri vəzifəsi ləğv edilib.

TƏBİB-dən Gununsesi.info-ya verilən məlumata görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev əmr imzalayıb.

Əmrə əsasən TƏBİB-də struktur dəyişikliyi edilib.

TƏBİB-in Aparat rəhbəri vəzifəsində çalışan Gündüz Əbdülov qurumda başqa vəzifəyə təyin edilməyib.

Gununsesi.info