
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda 4 yük maşınının (TIR) Heydər Əliyev prospektində yolu bağlaması ilə bağlı təcili iclas keçirib.
Nazirliyin mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, kütləvi informasiya vasitələrində nazir Rəşad Nəbiyevin baş verən hadisəyə görə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar Rzayevə xəbərdarlıq etməsi barədə yayılan məlumat həqiqəti əks etdirmir.
Mətbuat xidməti DANX-da Daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyevin vəzifəsindən uzaqlaşdırılması barədə xəbəri isə təsdiqləməyib.
Nazir baş verən hadisə ilə bağlı araşdırma qrupu yaradıb. Yaxın saatlarda ictimaiyyətə bu barədə məlumat veriləcəyi bildirilib.
Gununsesi.info