Tanınmış vəkil həbsdəki jurnalistin müdafiəsinə qoşulub

  • By admin
  • 06 Mart 2024 13:41

Tanınmış vəkil Elçin Sadıqov DİN-nin Baş Mütəşəkkil Cinyətkarlığa Qarşı Mübarizə İdarəsi (Bandotdel) tərəfindən həbs edilən dunyaninsesi.az saytının baş redaktoru Ərşad İbrahimovun müdafiəsinə qoşulub.

Bu barədə Gununsesi.info-ya jurnalistin qardaşı Tural İbrahimov deyib.

Onun sözlərinə görə, Ərşad İbrahimovun hüquqlarını vəkil Bəhruz Bayramovla bərabər, həm də Elçin Sadıqov müdafiə edəcək.

Qeyd edək ki, Ərşad İbrahimov ötən ilin sonunda Gəncədə həbs edilərək Bakıya gətirilib.

2023-cü ildə həbs edilən jurnalist 2021-ci ildə başqalarından hədə-qorxu ilə pul tələb etmədə günahlandırılır.

Ərşad İbrahimov ittihamları rədd edir.

Onu da qeyd edək ki, Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Media Nümayəndələrinin Təhlükəsizliyi Platforması “Avropada mətbuat azadlığı” adlı illik hesabatında Ərşad İbrahimovun da adı var. 

Şəbnəm

Gununsesi.info