Ceyhun Bayramov Səudiyyə Ərəbistanına getdi

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Nazirin səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirak və çıxış edəcəyi bildirilir.

 

 

Gununsesi.info