
Ağdamda bir dənə də olsun salamat bina qalmayıb.
Gununsesi.org xəbər verir ki, məşhur fotojurnalist Reza Deqati növbəti dəfə işğaldan azad olunmuş Ağdamdan görüntülər paylaşıb.
Ağdamı 21-ci əsrin Xirosiması adlandıran fotoqraf Ağdam Dövlət Dram Teatrının qarşısında yerləşən fəvvarənin içində olan Fərhadın külünglə heykəlini taparaq fotolarını çəkib.
“Həmin heykəli teatrdan bir kilometr uzaqlıda tapdım, heykəl parçalanıb, baş hissəsini tapa bilmədim”. -deyə fotoqraf qeyd edib.